Lets GO - biznesinizə keyfiyyət və əlavə dəyər gətirən ideal tərəfdaş!

NİYƏ LETS-GO.TRAVEL

İnteqrasiya alətlərinin istifadəsinin asanlığı

Ağ etiketlər, API/XML, qrafik elementlər və dinamik bannerlər. Hər biri çox sadə formada mübadilə məzənnəsini müəyyən edərək sizin marketinq alətinizə inteqrasiya oluna bilir

Valyuta və dil seçimləri

Bizim inteqrasiya alətlərimiz çox saylı valyuta və dillərdə mövcuddur ki, bu da sizin müştərilərinizin seçim etmək işini asanlaşdırır.

Xidmət çeşidləri

Əgər müştəriləriniz hava limanından şəhər mərkəzinə səfərə ehtiyac duyurlarsa, transfer xidmətini seçərək müxtəlif nəqliyyat sinfini sifariş edə bilərsiniz. Bizim 11 sinif nəqliyyat vasitələrimiz vardır.

Yüksək gəlirli komissiya / ticarət əlavəsi strukturu

Biz yüksək gəlir imkanlarına malik komissiya faizi və ticarət əlavəsi strukturunu təklif edirik.

BİZİM ÜSTÜNLÜKLƏRİMİZ

Rahat avtomobillər

Wi-Fi ilə təchiz edilmiş qabaqcıl nəqliyyat vasitələrimiz meyvə və su ilə daimi təmin olunur

Qarşılanma xidməti

Bizim sürücünün əsas məsuliyyəti Sizi lazim olan yerdə və zamanda adınız qeyd olunan lövhə ilə qarşılamaqdır

Peşəkar Sürücülər

Xüsusi standartlara cavab verən nəzəri və praktiki təlimlərdən keçmiş təcrübəli sürücülər

Sertifikatlı bələdçilər

Bələdçilər turizm xidmətlərində qonaqpərvərliyi göstərən əsas insanlardır

Fərdi qəza sığortası

Müştərilərimiz üçün bütün avtomobillərimiz fərdi qəza sığortası ilə sığortalanmışdır

Ən yaxşı qiymət

Göstərilən xidmət müqabilində bizim qiymətlər tərəfdaşlarımız üçün çox uyğundur.

GPS nəzarət sistemi

Sərnişinlər səyyahət öncəsi öz avtomobillərini rahat şəkildə izləyə bilərlər

Müxtəlif növdə avtomobil sinfi

11 növdə avtomobil sinfi mövcuddur

Asan və ədalətli ödəmə sistemi

Asanlıqla gedəcəyinizi yeri seçib sifariş verə bilərsiniz

Sabit qiymətlər

Heç bir gizli haqq tələb edilmir

Pulsuz ləğvetmə

Müştəri çox asanlıqla sifarişini dəyişə və ləğv edə bilər

24/7 müştəri xidməti

Biz sizin suallarınıza cavab verməyə və səyahətiniz zamanı sizə dəstək verməyə şad olarıq

Haqqımızda

LETS GO böyük tələbatın olduğu yerli nəqliyyat və tur xidmətlərini həyata keçirən ilk və yeganə proqram təminatıdır. Bu, Azərbaycanda uyğun şərtlərlə transfer, sürücü xidməti və turları onlayn qaydada sifariş etmək üçün ən rahat və tamamilə yeni bir metod hesab edilir.

İnovativ texnologiya bizim üçün vacibdir, lakin biz məsələləri sadələşdirməyə üstünlük veririk. Bu səbəbdən bizim təqdim etdiyimiz  onlayn proqram Azərbaycanda özünəməxsusluğu ilə seçilir.

Gələcəyə baxışımız olan  “Lets-go.travel”  yalnız nəqliyyat xidməti deyildir və xüsusilə qeyd etmək istərdik ki, keyfiyyətə verdiyimiz önəm gələcəkdə faydalı əməkdaşlıq üçün əminlik yaradır.

Dinamik banerlər "Lets-go.travel"-in rebrendiqinə aparıcı qiymətləri daxil etməklə bir başa keçidi təmin etməyin ən yaxşı metodudur. Bizim banerlərimizi siz asanlıqla müştərilərinizin elektron poçtlarına və səhifələrindəki əsas yerlərə əlavə etmək olar.

Biz qısa zaman ərzində qoşulmağa və işə düşməyə imkan verən hazır yaradıcı dizayn nümunələri təqdim edirik. Hər bir baner sifariş marşrutumuz ilə birbaşa keçidə imkan verəcək formada ayarlana bilər.

Əgər bunu etməmisinizsə o zaman bizə qoşulmaqla dinamik banerin köməkçi sistemi ilə başlayın.

Əgər siz tamamilə brendləşdirilmiş şablon səhifəyə (müştərinin brendi altında səhifə) bağlanmaq yaxud tərəfdaşlıq həllindən komissiya əldə etmək istəyirsinizsə, o zaman bizim rebrendinq platformamız qoşulmaq və işə düşmək üçün hazırdır.

Tam çevikliklə, bizim şablon dizayndan istifadə etməklə siz öz qaydalarınıza uyğun olaraq strukturu ayarlaya, redaktə işləri aparmaqla dəyişiklik edə bilərsiniz. Bəzi xüsusiyyətlərə aşağıdakılar daxildir :

  • Tam reaktiv dizayn – Fərdi kompüterlər, planşet və mobil qurğular üçün münasibdir
  • Tam ayarlana bilən interfeys – rəngləri, loqoları dəyişmək, nüsxəsini çıxarmaq və başqa işlər görmək mümkündür
  • Tam lokallaşdırılmışdır - dil, valyuta və marketinq dəstəyi
  • Hesabat vermə və izləmə daxil edilmişdir

Bizim tam ayarlana bilən interfeys (qrafik) elementlərimizdən istifadə etməklə «Lets-Go.travel»in üstünlüklərini müştərilərinizin bütün təmas nöqtələrinə əlavə edin.

Bizim ayarlana bilən interfeys (qrafik) elementlərimiz veb səhifənizə asanlıqla əlavə edilə bilir və brendləşdirilmiş mühitinizi tərk etmədən müştərilərinizə nəqliyyat vasitəsini asanlıqla və cəld şəkildə axtarmağa imkan verir.

Bizim interfeys qurucuları Sizə öz mühitinizdən ayrılmadan müştəriləri daşımaq üçün hava limanı və /yaxud transfer səhifəsini yaratmağa imkan verir.

«Lets-Go.travel»i birbaşa öz sifariş marşrutunuza inteqrasiya edin və maksimum komissiya / gəlir əldə edin

Bizim optimal XML bağlantımız qiyməti və məhsulu dərhal sizin sifariş marşrutunuza göndərir və sizin dəyər təklifinizə əlavə edir.

Bizim XML-in sizin orta səbət dəyərinizə necə əlavə edildiyini aşkarlamaq üçün bu gün bizimlə danışın.

Veb səhifənin trafiki, sifarişlər, komissiyalar ilə bağlı yenilənmiş hesabatları əldə etmək üçün bizim canlı hesabat alətimizə dərhal çıxış əldə edə və əmsalların və s. sifarişinə baxa bilərsiniz.

Əgər siz B2B fəaliyyətinizin ani çəkilişini və ya daha detallı hesabat əldə etmək istəyirsinizsə onda siz bunu asanlıqla bizim hesabat alətimizdən istifadə edərək yarada bilərsiniz.

Bu gün bizə qoşulun və uğurunuzla bağlı hesabatın təqdim edilməsinə başlayın.